satellite   Azerspace-1: 11135 H 30000

Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib - FOTOLAR

Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font> Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib <font color=red> - FOTOLAR</font>

Mayın 4-də Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa İçərişəhərdəki Qoşa Qala meydanında təşkil olunan Beynəlxalq Xalça Festivalında fəxri qonaq qismində iştirak edib.

NTV xəbər verir ki, xanım Şahzadəyə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, bölgələrə məxsus qədim və müasir xalça nümunələri, eləcə də toxuculuq prosesinin mərhələləri haqqında ətraflı məlumat verilib. O, həmçinin yerli və xarici sənətkarların iştirakı ilə təşkil olunan pavilyonları gəzib, orada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələri ilə tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Mərakeşin xanım Şahzadəsi festival ərazisində qurulan xalça emalı mərkəzi ilə tanış olub. Xüsusi olaraq xalçaların emaldan sonrakı mərhələləri – üstünün yandırılması, yuyulması və qurudulması xanım Şahzadənin diqqətini çəkib. Həmçinin burada qonağa xalçaların hazırlanmasından son emala qədər keçdiyi mərhələlər – yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların vurulması və toxunma prosesi barədə məlumat verilib.

Xanım Şahzadə, eyni zamanda, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təqdim olunan “Zaman” rəqəmsal sərgisi ilə də tanış olub. 

Qonağa məlumat verilib ki, açıq havada LED ekranda nümayiş olunan instalyasiya, zəngin ənənələri özündə birləşdirərək, Bakının əsasən orta əsr memarlıq incilərini, həmçinin xattatların göz nuru olan tətbiqi sənət nümunələrini müasir texnologiya vasitəsilə canlandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM