satellite   Azerspace-1: 11135 H 30000

“Möminə xatun” əsəri nümayiş etdirilib - FOTOLAR

“Möminə xatun” əsəri nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> “Möminə xatun” əsəri nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> “Möminə xatun” əsəri nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> “Möminə xatun” əsəri nümayiş etdirilib<font color=red> - FOTOLAR</font>

Türkiyəli rəssam Nilgün Ayşecik Çevikin Möminə xatun türbəsinə həsr olunmuş əsəri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu münasibətlə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksində tədbir təşkil edilib. Azərbaycan dövlətçilik tarixinin, memarlığının, qadına, anaya olan münasibətin şah əsərlərindən biri sayılan Möminə xatun türbəsinin bu gün də rəssamların yaradıcılığına təsir göstərdiyini vurğulayan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev qardaş ölkənin tanınmış fırça ustalarından  olan Nilgün Ayşecik Çevikin  rəsm əsərinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksində  nümayiş olunmasının çox sevindirici olduğunu bildirib. Müəllifə və rəsm əsərinin muzeyə hədiyyə olunmasına görə təşəkkürünü ifadə edən Piri Nağıyev diqqətə çatdırıb ki, “Möminə xatun türbəsi” rəsm əsəri muzey ziyarətçilərinin estetik zövqünü oxşamaqla yanaşı, qiymətli əsər kimi daim qorunub saxlanılacaq, müəllifinin adını ölümsüzləşdirəcək.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva “Möminə xatun türbəsi” əsərinin müasirliyi və qədimliyi özündə birləşdirən unikal bir əsər olduğunu vurğulayıb. Rəssam kətan üzərində ebru və akril boya ilə çəkdiyi rəsm əsərini “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında iştirak zamanı ərsəyə gətirib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya Möminə xatun türbəsinin bir çox türk  rəssam tərəfindən kətan üzərinə köçürüldüyündən bəhs edib və belə bir tarixi məkanda türk rəssamının əsərinin nümayiş olunmağından qürur hissi keçirdiyini bildirib. Baş konsul Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlamətdar olan 2023-cü ildə bır sıra mədəni tədbirlərin də təşkil olunacağını vurğulayıb.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM