satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüblər

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüblər

Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən NTV-yə  verilən məlumata görə, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi müzakirə edilib.

Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı maraq doğuran bir sıra digər məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM