satellite   Azerspace-1: 11135 H 30000

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib - VİDEO - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.

NTV xəbər verir ki, bu barədə Mətbuat Mərkəzi məlumat yayıb.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır.

Logistika Mərkəzində isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilini asanlaşdıracaq yeni infrastruktur, inzibati və xidməti binalar, anbar təsərrüfatı və digər təyinatlı obyektlər müasir standartlara uyğunlaşdırılıb.

Tədbirlərin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzlərdə yaradılan şəraitlə tanış olmuş, görülən işlərə yerində baxış keçirib.

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib<font color=red> - VİDEO</font><font color=red> - FOTOLAR</font> DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib<font color=red> - VİDEO</font><font color=red> - FOTOLAR</font> DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib<font color=red> - VİDEO</font><font color=red> - FOTOLAR</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM