satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Braziliya arasında aqrar əməkdaşlığa dair sənəd təsdiqlənib

Azərbaycan və Braziliya arasında aqrar əməkdaşlığa dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Xatırladaq ki, sənəd 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya hökumətinə bildiriş göndərməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM