satellite   Azerspace-1: 11135 H 30000

Media və Yayım Şurasının strukturu təsdiqlənib

Media və Yayım Şurasının strukturu təsdiqlənib

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib.

NTV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

Qanuna əsasən, vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu da təsdiqlənib. Beləliklə, qurum Media və Yayım Şurasının Aparatından (şöbələr və sektorlar) ibarət olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM