satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Nəmirli kəndində 624 ailə - 2515 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, heyvandarlıq ferması və üzüm bağları fəaliyyət göstərib.

Məlumat verildi ki, kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.

Dövlətimizin başçısı Nəmirli kəndinin təməlini qoydu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM