Fikrət Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Fikrət Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev fevralın 27-də Fikrət Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM