satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb

Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb.

Naxçıvan televiziyası  xəbər verir ki, bu, Prezident İlham Əliyevin dəyişiklik etdiyi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110-dan 107 ştat vahidinə, regional bölmələrinin işçilərinin say həddi 260-dan 257 ştat vahidinə endirilib.

Qeyd edək ki, indiyədək Xidmətin Aparatının işçilərinin sayı Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə 110 ştat vahidi olub.

Dövlət başçısının bu gün imzaladığı fərmanla Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM