satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını təhvil veriləcək - FOTOLAR

Naxçıvan Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını təhvil veriləcək<font color=red> - FOTOLAR</font> Naxçıvan Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını təhvil veriləcək<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə bu ilin ilk yarısında 52 yeni təcili yardım avtomobili təhvil veriləcək.

Bunu Naxçıvan televiziyası-a açıqlamasında Naxçıvan MR-in səhiyyə naziri Samiq Sadıxov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində MR-də səhiyyə sahəsində bir sıra mühüm yeniliklər həyata keçirilib, Təcili Tibbi Yardım briqadalarının yaradılması və maddi-texniki təminatın artırılması diqqət mərkəzində olub. Bu sahədə atılan addımlar arasında təcili tibbi yardım xidmətinin proqram təminatının formalaşdırılması və istifadəyə verilməsi xüsusi yer tutur.

S.Sadıxov qeyd edib ki, 2024-cü ildə təcili tibbi yardım briqadalarının sayını artırmaq və maddi-texniki təminatını daha da gücləndirmək məqsədilə 52 yeni təcili yardım avtomobili alınması ilə bağlı satınalma müsabiqəsi həyata keçirilib və müqavilə bağlanılıb. Bu avtomobillərin 2025-ci ilin ilk yarısında təhvil verilməsi nəzərdə tutulub. Bu da təcili yardım xidmətinin daha sürətli və effektiv fəaliyyət göstərməsini təmin edəcək.

Nazir bildirib ki, dövlət proqramı çərçivəsində həyata keçirilən ən böyük layihələrdən biri də Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasıdır. Ali Məclis sədrinin fərmanı ilə 32 Ailə Sağlamlıq Mərkəzi (ASM) yaradılıb və bu mərkəzlərin maddi-texniki təminatı məqsədilə müvafiq satınalmalar həyata keçirilib.

 

Anar Tağıyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM