satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Səhiyyə Nazirliyində yeni kadr təyinatı

Naxçıvan Səhiyyə Nazirliyində yeni kadr təyinatı

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan səhiyyəsində aparılan islahatların davamı olaraq, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Məmmədov Vüsal Ələkbər oğlu Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə ardıcıl olaraq Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, "Naxçıvansığorta" ASC-nin İdarə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM