satellite   Azerspace-1: 11135 H 30000

Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

Naxçıvan televiziyası bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Son məlumata görə, terror aktı nəticəsində 139 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM