Milli Məclisdə "Media haqqında" Qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub - FOTOLAR

Milli Məclisdə "Media haqqında" Qanuna dəyişikliklə  bağlı qanun layihəsi müzakirə olunub<font color=red> - FOTOLAR</font> Milli Məclisdə "Media haqqında" Qanuna dəyişikliklə  bağlı qanun layihəsi müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Milli Məclisinin martın 29-da keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müzakirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

Plenar iclasda müzakirə olunan layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Layihənin hazırlanmasının məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsidir və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratmaqdır.

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM