satellite   Azerspace-1: 11135 H 30000

İran XİN Brüssel görüşünə münasibət bildirib: Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir

İran XİN Brüssel görüşünə münasibət bildirib: Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Naxçıvan televiziyası IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.

“İqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda təsirli rol oynayır və bu baxımdan regional strukturların imkanlarından, o cümlədən mübahisələrin sülh yolu ilə həlli, sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək üçün “3+3” mexanizmindən yararlanmaq lazımdır”, – diplomat qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM