satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Moskva: Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq

Rəsmi Moskva: Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var".

M.Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM