satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina təhlükəsi ilə bağlı səylərini səfərbər etməlidir

Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina təhlükəsi ilə bağlı səylərini səfərbər etməlidir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Ağdamda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM