satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: "Sentyabr ayından Xankəndiyə köç başlayır"

Prezident İlham Əliyev: "Sentyabr ayından Xankəndiyə köç başlayır"

Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

Həmin dialoqu təqdim edirik:

Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM