satellite   Azerspace-1: 11135 H 30000

Aİ-nin Azərbaycandakı səfiri təyyarə ilə Zəngilan rayonuna yola düşüb

Aİ-nin Azərbaycandakı səfiri təyyarə ilə Zəngilan rayonuna yola düşüb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə Zəngilan rayonuna yola düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın ayında Zəngilan rayonunda minalarla mübarizə üzrə beynəlxalq tədbirin keçiriləcəyinin anonsunu vermişdi. Ötən gün isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva beynəlxalq konfransın mayın 30-da keçiriləcəyini təsdiqləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM