satellite   Azerspace-1: 11135 H 30000

Yaşar Gülər: Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq

Yaşar Gülər: Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq

Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh sazişi lazımdır. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM