satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin rus dilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Vladimir Putin rus dilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, Rusiya Lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”.

Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin əlavə edib: “Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM