satellite   Azerspace-1: 11135 H 30000

Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib

Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib

Azərbaycan minalarla çirklənmə faizinə görə dünyada ilk beşlikdədir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Horadiz əməliyyatı zamanı işğaldan azad edilən Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib:
"Həmin kəndlər cəmi 3-4 ay işğal altında qalmışdı. Bu rəqəmlərə baxdıqda 30 ildən çox işğalda saxlanan torpaqlarımızda milyon yarımdan çox minanın olması təəccüblü deyil".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM