satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırıb

Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırıb

Rusiya və Azərbaycan münasibətləri etibarlı səviyyədədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir:

“Mən onları çox yüksək qiymətləndirirəm, onlar etibarlıdır. Dövlət başçıları müntəzəm əlaqə saxlayırlar, heç bir qapalı mövzu yoxdur. Prezidentlər Vladimir Putin və İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələr axtarmağa həvəsləndirmək üçün işləri qaydaya salıblar.

Bu, “Şimal-Cənub” dəhlizinə, Qafqazda və ətrafında digər nəqliyyat layihələrinə aiddir. Eyni zamanda buraya Xəzər dənizinin dayazlaşması məsələsi də aiddir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM