satellite   Azerspace-1: 11135 H 30000

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı açıqlanıb

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı açıqlanıb

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş yanvarın 28-də baş tutacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Farzan Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.

Görüşün yeri və hansı səviyyədə keçiriləcəyi barədə məlumat verilməyib.

Söhbət zamanı nazirlər 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki-icra işləri də müzakirə olunub.

Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Azərbaycandan keçən Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
1 DƏQİQƏ XƏBƏR - VİDEO

18:15 08.07.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM