satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM