satellite   Azerspace-1: 11135 H 30000

Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq

Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.

Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM