Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) “Meta” şirkətinin süni intellekt texnologiyalarının inkişafı məqsədilə xəbər saytlarından və digər interne
Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) “Meta” şirkətinin süni intellekt texnologiyalarının inkişafı məqsədilə xəbər saytlarından və digər internet resurslarından məlumat toplamaq planları ilə bağlı araşdırmaya başlayıb.
NTV “The Telegraph”a istinadla xəbər verir ki, araşdırma şirkətin bazardakı üstün mövqeyindən sui-istifadə edərək nəşriyyatlara, reklamverənlərə və digər müəssisələrə ədalətsiz şərtlər tətbiq edib-etmədiyini müəyyənləşdirmək məqsədi daşıyır.
Məlumata görə, Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” şirkəti “Facebook”, “Instagram”, “Messenger” və ya “WhatsApp” platformalarında biznes hesabı olan müəssisələrlə əlaqəli internet saytlarından avtomatlaşdırılmış proqramlar vasitəsilə məlumat toplamağa imkan verən yeni istifadə şərtləri tətbiq etməyi planlaşdırır. Yeni qaydalara əsasən, şirkət həmin saytlardakı məlumatları süni intellekt sistemləri üçün toplaya biləcək. Şərtlərlə razılaşmayan müəssisələr isə “Meta” platformalarından kommersiya məqsədləri üçün istifadə imkanlarını itirə bilərlər. Şirkət əvvəlcə yeni qaydaları oktyabrın 30-da qüvvəyə mindirməyi, daha sonra isə bu tarixi noyabrın 20-nə keçirməyi planlaşdırıb. Lakin sənaye birlikləri ilə məsləhətləşmələr aparılanadək dəyişikliklərin tətbiqi dayandırılıb.
Rəqabət və Bazarlar İdarəsinin narahatlığına səbəb olan əsas məsələ xəbər nəşriyyatlarının və digər müəssisələrin öz internet saytlarındakı məlumatların toplanmasına razılıq verməyə məcbur edilə bilməsidir. Tənzimləyici qurum hesab edir ki, bu cür şərtlər müştərilərə və auditoriyaya çatmaq üçün “Meta” platformalarından asılı olan minlərlə Britaniya müəssisəsinə qarşı ədalətsiz ticarət şərtlərinin tətbiqi anlamına gələ bilər.
Araşdırma çərçivəsində “Meta”nın müvafiq bazarda dominant mövqeyə malik olub-olmadığı və şirkətin davranışlarının rəqabət qanunvericiliyinin pozulması hesab edilib-edilmədiyi qiymətləndiriləcək. Qanun pozuntusu müəyyənləşdirilərsə, CMA şirkətin yeni qaydalarının tətbiqini qadağan etmək və maliyyə sanksiyaları tətbiq etmək səlahiyyətinə malikdir.
t resurslarından məlumat toplamaq planları ilə bağlı araşdırmaya başlayıb.