satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində istilik mövsümü noyabrın 1-də başlayacaq

Naxçıvan şəhərində istilik mövsümü noyabrın 1-də başlayacaq

Naxçıvan şəhərində 2026–2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən NTV-yə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam edəcək.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 29 oktyabr 2026-cı il tarixli sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.

Beləliklə, noyabrın 1-dən etibarən Naxçıvan şəhərində istilik təchizatına başlanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM