satellite   Azerspace-1: 11135 H 30000

Almatıda kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb

Almatıda kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb

Almatıda (Qazaxıstan) Respublika fizika-riyaziyyat məktəbinin yeməkxanası və internat məktəbi şagirdlərin kütləvi zəhərlənməsindən sonra 60 gün müddətinə bağlanıb.

NTV  xəbər verir ki, bu barədə Qazaxıstan mediası Almatı sanitariya-epidemioloji nəzarət departamentinə istinadən məlumat yayıb.

Laborator tədqiqatlar bəzi qida nümunələrində dezinfeksiya qaydalarının pozulmasını aşkar edib. Qida blokunun dörd əməkdaşı işdən kənarlaşdırılıblar. Xəstəxanaya yerləşdirilən 58 nəfərin hamısı qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Məktəbdə və yeməkxanada yekun dezinfeksiya işləri aparılıb.

Faktla bağlı araşdırma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM