satellite   Azerspace-1: 11135 H 30000

Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib - FOTOLAR

Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib<font color=red> - FOTOLAR</font> Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib<font color=red> - FOTOLAR</font> Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib<font color=red> - FOTOLAR</font> Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib<font color=red> - FOTOLAR</font>

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.

AZVİF-dən NTV-yə bildirilib ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.

Qeyd olunub ki, veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM