satellite   Azerspace-1: 11135 H 30000

BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib

BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib

Birləşmiş Millətlər Təşkilatında genişmiqyaslı islahatların aparılması planlaşdırılır.

NTV  xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib martın 12-də mühüm islahatların aparılması məqsədini açıqladı. İslahat dedikdə o təkcə pula qənaət etmək deyil, həm də daha səmərəli olmağı nəzərdə tutur.", - Düjarrik deyib.

O, resurslardan istifadənin optimallaşdırılması, köhnəlmiş mandatların və BMT sistemindəki struktur dəyişikliklərinin nəzərdən keçirildiyini bildirib.

Dujarrik işçilərdən təkliflər, o cümlədən qeyri standart ideyalar, istədiklərini, yaxın həftələrdə baş katibin iştirakçı ölkələrə hesabat təqdim edəcəyini deyib.

Qeyd edək ki, “Reuters“ BMT Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə yaradılan işçi qrupun hazırladığı altı səhifəlik məxfi memoranduma istinadən qurumun, maliyyə böhranı fonunda əsas strukturlarının birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan genişmiqyaslı islahat planı hazırladığına dair xəbər yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM