Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək.
NTV xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.
