satellite   Azerspace-1: 11135 H 30000

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib - FOTOLAR

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font> Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Yəmən Respublikası Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani ilə görüşüb.

Bu barədə NTV-yə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ölkələrimizin müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi qeyd edilib. Sahibə Qafarova Azərbaycanın Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi dövründə görülmüş işlər barədə məlumat verib. Tərəflər, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq etməsindən məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki ölkənin qanunverici orqanında qarşılıqlı dostluq qruplarının yaradılması münasibətlərin inkişafına böyük töhfə olardı.

Görüşdə Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Qonaq ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və burada gördükləri inkişafdan məmnunluğunu bildirib. Söhbət zamanı Nümayəndələr Palatasının sədri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən parlamentlər arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Sultan Səid Əlbarkani Azərbaycanın Yəmən xalqına göstərdiyi mənəvi və humanitar yardımlara görə təşəkkürünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM