satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb.

NTV xəbər verir ki, "Inside Shusha prison: A witness to horror" adlı sənədli filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitis Şuşa həbsxanasına baş çəkib.

O, həbsxananı işgəncə, aclıq və psixoloji terror məkanı kimi təsvir edərək dar kameralardan, cəza otaqlarından və "divardakı tabut" adlandırılan yerdən keçir, keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrini nəql edir. Jurnalist həmin divarların hələ də özündə əks etdirdiyi əzablar barədə düşündüyünü dilə gətirir.

Filmi təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM