satellite   Azerspace-1: 11135 H 30000

ATƏT PA-nın sədri Zəngilan rayonuna gedərək ərazilərimizin yenidən qurulması prosesi ilə tanış olacaq

ATƏT PA-nın sədri Zəngilan rayonuna gedərək ərazilərimizin yenidən qurulması prosesi ilə tanış olacaq

Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradıb.

Naxçıvan televiziyası  xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt Prezident İlham Əliyev ilə görüşdə deyib.

ATƏT Parlament Assambleyasının sədri bildirib ki, nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcək, ərazilərimizin yenidən qurulması prosesi ilə tanış olacaq.

Hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edən Marqareta Sederfelt söhbət əsnasında sülh gündəliyi ilə maraqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM