satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir"

Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir"

"Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM