satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: "Ermənistanın təxribatçı addımları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi"

Ceyhun Bayramov: "Ermənistanın təxribatçı addımları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi"

Ermənistanın təxribatçı addımları sülh müqaviləsi üzrə danışıqları xoş məramla aparmadığını nümayiş etdirdi.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

Nazir bildirib ki, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama “prezident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoydu.

"Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma “blokada” və “humanitar böhran” kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi. 2023-cü il sentyabrın 18-də Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çatdırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçirilməsi ilə Ermənistanın qarayaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı", - C.Bayramov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM