satellite   Azerspace-1: 11135 H 30000

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Belə ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyati təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM