satellite   Azerspace-1: 11135 H 30000

İcma Aİ-nin anti-Azərbaycan açıqlamalarına münasibət bildirib

İcma Aİ-nin anti-Azərbaycan açıqlamalarına münasibət bildirib

Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının, xüsusən onun ali nümayəndəsi Cozef Borrelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bildirir ki, bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən tam kənarda qalacaq.

Bu barədə Naxçıvan televiziyası-a İcmadan məlumat verilib.

“Xüsusən Cozef Borrelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın C.Borrelə, yoxsa C.Borrelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur.

Almaniya Xarici İşlər Nazirliyinin "X" səhifəsində alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”, - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM