satellite   Azerspace-1: 11135 H 30000

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilir

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilir

Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, iclasda türk dövlətlərinin nazirləri ilə yanaşı nazir müavinləri də iştirak edirlər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TDT-nin üzv ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, son illər türk dövlətləri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.

R.Nəbiyev vurğulayıb ki, Orta Dəhlizə maraq getdikcə artır və Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi olacaq: "Bunun üçün imkanlar mövcuddur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM