satellite   Azerspace-1: 11135 H 30000

XİN: ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik

XİN: ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik

ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb.

Bildirilib ki, ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz.

“Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, - şərhdə deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM