satellite   Azerspace-1: 11135 H 30000

Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq - FOTOLAR

Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq<font color=red> - FOTOLAR</font> Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, bu gün Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə Şərurda tikintisi nəzərdə tutulan şəhidlər memorial-abidə kompleksinin layihəsi də təqdim olunub.

Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq. Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM