satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib

Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib

Sergey Verşinin Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib.

NTV xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin müvafiq fərmanları rəsmi hüquqi informasiya portalında dərc olunub. Sergey Verşinin xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub və Rusiyanın Türkiyədəki yeni səfiri təyin edilib.

Sergey Verşinin MDBMİ məzunudur. O, 1976-cı ildən Xarici İşlər Nazirliyi sistemində, o cümlədən Tunisdəki Rusiya səfirliyində müşavir, 1999-cu ildən 2003-cü ilə qədər isə Əlcəzairdə səfir vəzifələrində çalışıb. 2018-ci ildə Rusiya xarici işlər nazirinin müavini təyin olunub.

Yeni səfir ərəb, fransız və ingilis dillərini bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM