satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb - FOTOLAR

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb<font color=red> - FOTOLAR</font> Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Liviyaya səfər edib. O, Benqazidə Liviya Milli Ordusu (LMO) komandanının müavini Səddam Həftarla görüşüb.

NTV Ankaradakı təhlükəsizlik mənbələrinə istinadla xəbər verir ki, MİT rəhbəri və LMO komandanının müavini Liviyada sülh mühitinin qorunması səyləri, həmçinin ölkənin şərqində və qərbində hərbi birləşmələr də daxil olmaqla bu Afrika ölkəsi üçün vahid idarəetmə mexanizminin formalaşdırılması barədə fikir mübadiləsi aparıblar.

Türkiyə-Liviya münasibətlərinə xüsusi diqqət yetirilib. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM