satellite   Azerspace-1: 11135 H 30000

Bəzi çaylarda qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi çaylarda qısamüddətli daşqın və sel keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Azərbaycanın rayonlarında martın 25-i günün birinci yarısında, 26-si günün ikinci yarısında qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara bölgələrində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, 26-gündüzdən 27-si səhərədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM