satellite   Azerspace-1: 11135 H 30000

Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 23 nəfər saxlanılıb

Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 23 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundana verilən məlumata görə, onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.

Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar. Onların rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurladıqlar məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM