satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib

İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib

Türkiyənin İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İstanbul valisi Davut Gül ilə görüşündə bildirilib.

İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM