satellite   Azerspace-1: 11135 H 30000

Müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb - VİDEO

Müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb<font color=red> - VİDEO</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd edərək ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən bəhs edib, bayram münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmaqla həm də savab əməllər, xeyirxah işlər üçün bir vəsilədir.

Sonra dualar oxunub, iftar süfrəsi açılıb.

Tədbirdə çıxış edənlər Müqəddəs Ramazan ayının fəzilətləri haqqında fikirlər söyləyib, dövlətimizə və millətimizə xeyir-dualar ediblər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM