satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Naxçıvanda  şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Naxçıvan televiziyası xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində 100-ə yaxın insan iştirak edib.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

İftar mərasimində çıxış edənlər on bir ayın sultanı olan Ramazanın fəzilətindən danışıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib. 

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM