satellite   Azerspace-1: 11135 H 30000

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirləri fasiləsiz olaraq davam etdirirlər.

İdarədən Naxçıvan televiziyası-a verilən məlumata görə, aprelin 15-də DYP əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan çox olan nəqliyyat vasitələri müəyyənləşdirilib və onların sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrindəki nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac edilən qazların tərkibinin normaya uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM