satellite   Azerspace-1: 11135 H 30000

Laçın sakini: Uzun illərdir bu günləri həsrətlə gözləyirdik

Laçın sakini: Uzun illərdir bu günləri həsrətlə gözləyirdik

Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. Uzun illərdir bu günləri həsrətlə gözləyirdik.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Bakıdan Laçın rayonunun Sus kəndinə yola düşən keçmiş məcburi köçkün Sürayə Ağayeva söyləyib.

"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Laçın rayonuna, öz kəndimə qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Sus sakini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM